x
Loading...
.

"İran İslam dünyasına ağalıq etmək istəyir" - səudi şahzadə

"İran İslam dünyasına ağalıq etmək istəyir" - səudi şahzadə
21:37 2 May 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud hesab edir ki, "İranın İslam dünyasına ağalıq etmək istəyi" rəsmi Ər-Riyadla Tehran arasında münasibətlərin qurulmasına maneədir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, nazir bu barədə MBC telekanalına iki ölkə arasında gələcəkdə əlaqələr qurulmasına dair imkanlar barədə suala cavab verərərkən bildirib.

"İran İmam Mehdinin gəlişini gözləyir. İranlılar hesab edirlər ki, o, İslam dünyasını idarə edəcək, və onlar İmam Mehdinin gəlişi üçün müvafiq şərait qurmalıdırlar", - Məhəmməd bin Salman deyib .

Qeyd edək ki, telekanal müsahibədən ayrı-ayrı fikirləri Twitter sosial şəbəkəsində paylaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/540907.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR