Əgər adam Quran oxumağı bacarmırsa, evdə Quran saxlaması günah sayılırmı?

Əgər adam Quran oxumağı bacarmırsa, evdə Quran saxlaması günah sayılırmı?
22:17 2 May 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Quran elə bir kitabdır ki, müsəlman həmişə ona müraciət etməli, əməllərini onunla ölçməli, ondan mənəvi güc almalıdır. Lakin təəssüf ki, bəzən Qurani-kərimin evlərdə yalnız bir dini atribut kimi saxlandığının, ipək parçaya bükülüb əldən uzaq hündür bir yerdə qoyulduğunun şahidi oluruq. Bu cür ailələrdə Quranı yalnız toyda və ya uzaq səfərə gedəndə salamatlıq üçün altından keçmək və hüzr məclisində oxumaq üçün saxlayırlar. Hədislərdə buyurulur ki, qiyamət günündə bu cür istifadəsiz qalıb toz basmış Quranlar Allaha şikayət edəcək.

Milli.Az islam.az-a istinadən bildirir ki, Quranı oxuya bilən şəxs gərək heç olmazsa, hər neçə vaxtdan-bir onu açıb bir-iki səhifə oxusun, mənası barədə düşünsün. Özü ərəbcə oxuya bilməyən adam bunu bacaran bir şəxsi evə dəvət edib, ona Quran oxutdura bilər. Bu zaman əgər Quran oxuyan adam mənasını bilirsə, söyləyər. Əgər mənasını bilmirlərsə, Quranın dilimizə tərcüməsini açıb həmin hissənin mənasını ordan öyrənə bilərlər. Bu yolla həm müqəddəs kitabı ərəbcə oxumaq tövsiyəsinə əməl edər, həm də onun əbədiyaşar hikmətləri ilə tanış olarlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/540236.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR