x
Loading...
.

Rusiya Kubokunun final oyunu futbolçular arasında kütləvi davaya görə dayandırılıb

Rusiya Kubokunun final oyunu futbolçular arasında kütləvi davaya görə dayandırılıb
22:22 2 May 2017
72 İdman
Ölkə mətbuatı
A- A+
.

Bakı. 2 may. REPORT.AZ/ Rusiyanın "Lokomotiv" və "Ural" futbolçuları ölkə Kubokunun final oyununun bitməsinə az qalmış stadionda dava salıblar.
"Report" xəbər verir ki, matçın 93-cü dəqiqəsində "Ural"ın cərimə meydançası yaxınlığında Yekaterinburq komandasının müdafiəçisi Artyom Fidler və "Lokomotiv"in braziliyalı hücumçusu Ari arasında mübahisə yaranıb. Daha sonra digər oyunçular da onlara qoşulub.
Son dəqiqələrdə hakim Ari Farfan və Fernandeş ("Lokomotiv"), həmçinin Fidler və Manuçaryana ("Ural") qırmızı vərəqə göstərib.
"Lokomotiv" 2016/17-ci illər mövsümündə Rusiya Kubokunun sahibi olub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/rusiya-kubokunun-final-oyunu-futbolcularin-kutlevi-davasi-sebebinden-dayandirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR