Prosineçki Bosniyanın təklifindən niyə imtina edib?

Prosineçki Bosniyanın təklifindən niyə imtina edib?
19:06 7 Yanvar 2015
151 İdman
Ölkə mətbuatı
A- A+

"AFFA-nın baş katibi Elxan Məmmədovla Parisdə tanış oldum. İlk dəfə orada söhbət etdik və mənə maraqlı gəldi. Bir müddət sonra yenidən görüşdük və daha konkret söhbətimiz oldu".

ANS PRESS-in məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki deyib.

UEFA-nın rəsmi saytına müsahibə verən хorvat mütəхəssis Bosniya və Hersoqovina yığmasının təklifindən və millimizə gəlişindən danışıb: "Bosniya variantı Azərbaycandan sonra yarandı. Ona görə də mən Azərbaycan variantına üstünlük verdim. Bu, əsl və böyük bir layihədi. Mən bu layihədə parlaq gələcək görürəm. Azərbaycanda görülməli işlər çoxdu. Bunun üçün hər cür şərait də var. Özü də məsələ təkcə pulda deyil. Ümumiyyətlə, futbolda pul hər şeyi həll etmir. Daha vacib olan şeylər var".

Prosineçki millimizdəki hədəflərdən danışıb: "İlk növbədə onu qeyd edim ki, azərbaycanlılar AVRO-2016-nın seçmə mərhələsində keçirdikləri dörd oyunda xal qazana bilməyiblər və bu üzdən futbolçular psixoloji cəhətdən qaydasında deyillər. Əsas məqsəd məhz bu çatışmazlığı aradan qaldırmaqdı. Onlarda qələbə ruhunu bərpa etmək, özlərinə inamı artırmaq lazımdı. Bütövlükdə, seçmə mərhələni mümkün qədər üst pillələrdə başa vrumaq istəyirik. Düzdü, buna nail olmaq çətin görnür. Amma bizdə böyük potensiala malik gənclər var. Müqavilə imzaladıqdan sonra xeyli futbolçunu izləmək imkanım oldu. Diqqətimi çəkənlər var. Ad çəkməyəcəyəm. Amma mən onlara inanıram, ümid bəsləyirəm. Qlobal hədəfimiz isə növbəti seçmə mərhələyə komanda formalaşdırmaqdı. Liderlərlə mübarizə apara biləcək rəqabətədavamlı komanda yararmaq istəyirik".

Baş məşqçi "Berti Foqtsun dövründə müdafiə futboluna üstünlük verilirdi. Sizdən tam fərqli futbol gözləməyə dəyər" sualına belə cavab verib: "Futbolda müdafiə olunmaq hücum etməkdən daha asandı. Dəyişikliklərə gəlincə, zamanla olacaq. Həm heyət, həm də oyun sistemi baxımından. Daha keyfiyyətli futbol sərgiləmək üçün potensialımız var. Futbolçularımız sadəcə, irəli qaçmaqla yox, həm də gözəl oyun sərgiləyə biləcək gücdədirlər. Əlbəttə, bütün bunlara nail olmaq asan deyil, amma çalışacağıq".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR