x
Loading...

Tramp Putinlə telefonla danışdı

Tramp Putinlə telefonla danışdı
23:19 2 May 2017
71 Digər
Ölkə mətbuatı
A- A+
.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı baş tutub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  prezidentlər Suriyada terrorçuluqla mübarizədə Rusiya və ABŞ-ın addımlarının əlaqələndirilməsinin perspektivlərini müzakirə ediblər. Tərəflər həmçinin Koreya yarımadasında yaranmış vəziyyəti ətraflı müzakirə ediblər.   Məlumata görə, Putin təmkinlik nümayiş etdirməyə və gərginliyin səviyyəsini azaltmağa çağırıb.

 

Putin və Tramp telefon əlaqəsini davam etdirməyə və Hamburqda “G-20” sammitində görüşün keçirilməsinə dair razılığa gəliblər. Liderlər həmçinin Suriya münaqişəsinin həll variantlarının axtarışı üzrə xarici siyasət qurumlarının rəhbərləri arasında dialoqun  aktivləşdirilməsinə dair razılığa gəliblər.  

 

Qeyd edək ki bu, Putin və Tramp arasında sayca üçüncü telefon danışığıdır.    

 

İlk telefon danışığı yanvarın sonunda baş tutmuşdu. O zaman prezidentlər terrorla mübarizəni, Suriya və Ukraynada vəziyyəti, habelə ikitərəfli əlaqələrin əsas məsələlərini müzakirə ediblər. Aprelin əvvəlində baş tutan danışıq zamanı Tramp Sankt Peterburq metrosundakı terror aktı ilə bağlı Putinə başsağlığı verib. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273690

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR