Diş fırçası başqa hansı məqsədlər üçün istifadə edilə bilər?

Diş fırçası başqa hansı məqsədlər üçün istifadə edilə bilər?
23:22 2 May 2017
155 Ölkə
Ölkə mətbuatı
A- A+

İstifadə etmədiyiniz və ya köhnəlmiş diş fırçalarınızı zibilə atmayın. Çünki işinizə yaramadığını hesab etdiyiniz həmin fırçaları, bir çox yerdə istifadə edə bilərsiniz.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, köhnəlmiş diş fırçalarının istifadəsinin 10 praktik üsulu ilə tanış olacaqsınız.
Dırnaqların qulluğunda
 
Qadınların narahat olduğu dırnaq problemlərindən biri də, dırnaqda yaranan sarı ləkələrdir. Bu ləkələrdən xilas olmaq üçün ehtiyacınız olan yeganə vasitə ağardıcı diş məcunu ilə fırçalayın. Diş məcununu dırnaqlarınıza çəkin və bir az gözləyin. Sonra çox basmadan fırça ilə dırnaqlarınızı masaj edin.
 
Üzükləri parıldadın
 
Üzüklərin parıldadılması işində köməyinizə çatacaq.
 
Əldə olan ləkələr
 
Diş fırçasını istifadə edərək ləkələri limonlu su və soda ilə aradan qaldırın.
 
Klaviaturanın təmizlənməsi
 
Düyməciklərin arasında qalan və çətin yerlərdə olan çirkləri fırça ilə təmizləyə bilərsiniz.
 
Pəncərə kənarındakı çirklər
 
Pəncərə kənarı və künclərindəki tozları və çirkləri fırça ilə təmizləyə bilərsiniz
 
Əl-üz yuyan çanağın təmizliyi
 
Kran və əlüzyuyan çanağının çirklərinin təmizliyində köməyinizə çatar.
 
Ləkələnmiş ayaqqabıların təmizlənməsi
 
Ayaqqabınızın dabanında və kənarlarında yığılan çirkləri fırçanın köməyi ilə təmizləyə bilərsiniz.
 
İncə telli saçlar
 
Diş fırçasına saç lakı sıxaraq, incə telli və qısa saçlarınızın qalxmasını təmin edə bilərsiniz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/540251.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR