x
Loading...

Suriyada daha bir rusiyalı müşavir öldü

Suriyada daha bir rusiyalı müşavir öldü
00:04 3 May 2017
82 Digər
Ölkə mətbuatı
A- A+
.

Suriyada hökumət ordusunun silahlılar tərəfindən atəşə tutulması nəticəsində rusiyalı hərbi müşavir, polkovnik-leytenant Aleksey Buçelnikov həlak olub.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Müdafiə Nazirliyinin açıqlamasında deyilir.  

 

Buçelnikov Suriyadakı rusiyalı hərbi müşavirlərin tərkibində xidmət çəkib. O, Suriya ordusunun artilleriya birləşmələrinin şəxsi heyətinə təlim keçirmiş.    

 

Döyüş hazırlığı üzrə təlim zamanı birləşmə qəfil terrorçuların snayperi tərəfindən atəşə tutulub. Nəticədə Aleksey Buçelnikov ölümcül yaralanıb. Onun ölümündən sonra mükafata təqdim edildiyi bildirilir.    

 

Qeyd edək ki, apreldə Suriyada 3 rusiyalı hərbçi qeydə aparıb.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273692

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR