Paytaxtda minik avtomobili maneəyə çırpılaraq aşıb, 3 nəfər yaralanıb

Paytaxtda minik avtomobili maneəyə çırpılaraq aşıb, 3 nəfər yaralanıb
05:07 3 May 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 may. REPORT.AZ/ Bakının Səbail rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un xəbərinə görə, Salyan şossesi ilə hərəkətdə olan "99-EE-114" dövlət qeydiyyat nişanlı "Audi" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolayrıcındakı maneəyə çırpılıb. Zərbə o qədər güclü olub ki, avtomobil aşaraq yol kənarındakı ağaca da dəyib.
Yol Patrul Xidmətinin əməkdaşı polis çavuşu Səxavət Abdullayev "Report"a açıqlamasında bildirib ki, qəza nəticəsində 3 nəfər xəsarət alıb, avtomobil isə deformasiyaya uğrayıb.
Xəsarət alan sərnişinlərə - 1981-ci il təvəllüdlü Muradova Leyla Ağakərim qızı və 1981-ci il təvəllüdlü Əliyev Firdovsi Asif oğlu xəstəxanaya yerləşdirilib. Sürücüyə (hələlik adı açıqlanmır) isə hadisə yerində ilkin tibbi yardım göstərilib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.











Xəbərin orijinal ünvanı: https://report.az/hadise/paytaxtda-minik-avtomobili-maneeye-cirpilaraq-asib-3-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR