x
Loading...

İran Suriyadakı hərbi müşavirlərini çoxaldacaq

İran Suriyadakı hərbi müşavirlərini çoxaldacaq
05:54 3 May 2017
72 Digər
Ölkə mətbuatı
A- A+
.

İran terror qruplaşmaları ilə mübarizədə Suriya hökumətinə dəstək məqsədilə bu ölkəyə göndərilən hərbi müşavirlərin sayını artıracaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu İslam İnqilab Keşikçiləri Korpusunun  quru qüvvələrinin komandanı briqada generalı Məhəmməd Pakpur bildirib.  

 

“Müqavimət cəbhəsinin pozulmaması üçün biz Suriyaya bütün sahələr üzrə müşavirlərimizi göndərəcəyik, əlimizdən gələn köməyi əsirgəməyəcəyik”, - deyə general “Fars” agentliyinə müsahibəsində bildirib.    

 

Pakpur artıq bir neçə müşavirin Suriya ərazisində olduğunu qeyd edib. Onun sözlərinə görə, nə qədər ki ehtiyac var, İran Suriyaya göndərilən hərbi müşavirlərin sayını artıracaq.  

 

“Suriya ordusu və İslam İnqilab Keşikçiləri Korpusunun müşavirləri arasında sıx əməkdaşlıq mövcuddur”, - deyə Pakpur bildirib. Onun sözlərinə görə, İranın Suriyaya göstərdiyi konsultativ dəstəyi texniki və taktikidir.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273702

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR