"Düşünmürəm ki, Qrizmann əla futbolçudur"

"Düşünmürəm ki, Qrizmann əla futbolçudur"
07:17 3 May 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in sabiq hücumçusu Maykl Ouen kluba Antuan Qrizmannın transferi məsələsində tələsməməyi məsləhət görüb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, ingilis ekspert Markos Reşfordun xidmətindən istifadə etməyi daha düzgün hesab edib.

"Düşünmürəm ki, Qrizmann əla futbolçudur. "Mançester Yunayted" hər şeyi götür-qoy etməlidir. Heyətdə Reşford varsa, niyə transfer üçün 80 milyon xərcləyəsən? Mourinyo Reşforda şans verməyə hazır deyilsə, o zaman başqa hücumçu ilə uzunmüddətli müqavilə imzalamalıdır. Komandaya İbrahimoviç kimi futbolçu lazımdır. Mourinyo Reşforda belə etimad göstərə bilməz".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/540922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR