Qubada piyadanı maşın vurub

Qubada piyadanı maşın vurub
08:47 3 May 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Quba. 3 may. REPORT.AZ/ Quba rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal bürosu xəbər verir ki, rayonun Zərdabi kənd sakini Poladov Hikmət Fikrət oğlu Birinci Nügədi kəndində yerli sakin, 1974-cü il təvəllüdlü Mirzəyev Sabit Veysəlqara oğlununun idarə etdiyi "VAZ-21012" markalı avtomobil tərəfindən vurulub.
Yaralı sürücü tərəfindən Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Xəstəyə qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sol qamış sümüyünün sınığı, sol said sümüyünün sınığı diaqnozu qoyulub. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalar aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qubada-piyadani-masin-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR