ATƏT sədrinin şəxsi nümayəndəsi qoşunların təmas xəttində monitorinq keçirəcək

ATƏT sədrinin şəxsi nümayəndəsi qoşunların təmas xəttində monitorinq keçirəcək
10:02 3 May 2017
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 may. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 4-də Ağdam rayonu ərazisində, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndə səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/atet-sedrinin-sexsi-numayendesi-qosunlarin-temas-xettinde-monitorinq-kecirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR