x
Loading...

UNEC tələbələri Heydər Əliyev Mərkəzində

UNEC tələbələri Heydər Əliyev Mərkəzində
10:15 3 May 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Bakı. Trend:

UNEC tələbələri Heydər Əliyev Mərkəzində olublar.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, tələbələrə Heydər Əliyev Mərkəzi barədə ətraflı məlumat verilərək bildirilib ki, mərkəz müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, ulu öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Həmçinin mərkəz Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına xidmət edən layihələr həyata keçirir.

Nadir memarlıq nümunələrindən biri olan və çoxfunksiyalılığı ilə seçilən bu mərkəz artıq dünya memarlığı siyahısına daxil edilib. Burada rəsmi qəbullar, müxtəlif beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.

Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyi ilə tanışlıq tələbələrin marağına səbəb olub. Onlar öncə 1969-cu ildən 2003-cü ilədək Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxıblar. Ümummilli Liderin həyat yolu, Ulu Öndər barədə maraqlı faktlar, foto və videomateriallarla tanış olublar.

UNEC tələbələri Heydər Əliyev Mərkəzindən zəngin təəssüratlarla ayrılıblar.

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2749444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR