x
Loading...

Ronaldodan tarixi nailiyyət

Ronaldodan tarixi nailiyyət
10:17 3 May 2017
62 İdman
Ölkə mətbuatı
A- A+
.

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Real" - "Atletiko" oyunu (3:0) Kriştianu Ronaldo üçün bir sıra maraqlı məqamlarla yadda qalıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Kral klubu"nun hücumçusu Madrid təmsilçisinin heyətində 400-cü qolu vurub.

2009-cu ildə "Real"a keçən futbolçu "Atletiko" ilə görüşdə het-trik etməklə buna nail olub. O, klub tarixinin ən məhsuldar futbolçusudur.
 
Ronaldo Çempionlar Liqasında 7-ci het-trikinə imza atıb. Bununla da portuqaliyalı Lionel Messiyə çatıb.
 
Portuqaliyalı Çempionlar Liqasının pley-offunda ardıcıl iki oyunda het-trikə imza atan ilk futbolçu kimi tarixə düşüb. O, tarixi nailiyyətini öncə "Bavariya", ardınca "Atletiko"ya 3 qol vurmaqla gerçəkləşdirib.
 
Ronaldo Çempionlar Liqasının yarımfinalında qollarının sayını 13-ə çatdırıb. Bununla da portuqaliyalı Alfredo di Stefanonun (11) rekordunu qırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541145.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR