x
Loading...
.

Banqladeşdə avtobus kanala düşdü: 7 ölü, 25 yaralı

Banqladeşdə avtobus kanala düşdü: 7 ölü, 25 yaralı
10:17 3 May 2017
36 Dünya
Ölkə mətbuatı
A- A+
.

Banqladeşin mərkəzi hissəsində, Tanqayl dairəsinin Dhanbari şəhərində avtobus su kanalına düşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yol qəzası nəticəsində ən azı 7 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan 9-nun vəziyyəti ağırdır.

Hadisəyə avtobus sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.

Qeyd edək ki, Banqladeşdə hər il təqribən 10 min nəfər yol-nəqliyyat hadisələrinin qurbanı olur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/541147.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR