x
Loading...

Tanınmış gitaraçı 70 illik yubileyinə həsr olunan konsertdə vəfat edib

Tanınmış gitaraçı 70 illik yubileyinə həsr olunan konsertdə vəfat edib
10:27 3 May 2017
Ölkə mətbuatı
A- A+
.

Bakı. 3 may. REPORT.AZ/ Tanınmış gitaraçı, "Hampton Grease Band" rok qrupunun təsisçisi Bryus Hempton Atlantada 70 illik yubileyi şərəfinə keçirilən konsertdə ürəktutmadan vəfat edib.
"Report" BBC-yə istinadən xəbər verir ki, musiqiçi "Fox Theater" səhnəsində özünü pis hiss edib. Ürəktutma musiqiçinin "Turn on Your Lovelight" mahnısını ifa etdiyi zaman baş verib.
Amma ürəktutmadan sonrakı bir neçə dəqiqə ərzində də B.Hempton səhnədə qalıb. Belə ki, onunla birgə səhnədə ifa edən musiqişilər gitaraçının əvvəlcədən hazırladığı özəl gediş etdiyini düşünüb.
Qeyd edək ki, B.Hempton eksperimental sürrealist bəstələri ilə məşhurlaşıb. O, eksperimental rok janrında ifa edib və karyerası ərzində 20-dən çox val buraxıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/taninmis-gitaraci-70-illik-yubileyine-hesr-olunan-konsertde-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR