İranda yeni “Messi” peyda oldu – FOTO/VİDEO

İranda yeni “Messi” peyda oldu – FOTO/VİDEO
10:28 3 May 2017
124 Dünya
Ölkə mətbuatı
A- A+

"Barselona” klubunun argentinalı futbolçusu Lionel Messinin İranda oxşarı yaşayır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İranın paytaxtı Tehranda yaşayan Rza Parasteş adlı şəxs xarici görünüşü ilə Lionel Messidən seçilmir.

Parasteş Lionel Messinin formasını geyinərək, Tehran küçələrində insanlarla fotolar da çəkdir.

Rza Parasteş Lionel Messi kimi forma geyinməyi və saqqal saxlamağı atasının istəyi ilə etdiyini bildirib:

“Ancaq zaman-zaman Lionel Messiyə bənzərliyimin əziyyətini də çəkmişəm. Futbol üzrə 2014-cü ilin dünya çempionatı çərçivəsində İran-Argentina oyununun 91-ci dəqiqəsində Messinin vurduğu qolla ölkəm uduzmuşdu. Həmin vaxtı atam üzümə baxmaq istəmirdi. Atam futbol azarkeşidir. Messi İranın qapısına qol vuran gecə atam mənə “bu gecə evə gəlmə” demişdi. Atam həmin qolu mənim vurduğumu düşünürdü. Ancaq dostlarım mənim Messiyə bənzəməyimdən çox məmnundur”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197362.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR