Kabilin mərkəzində NATO koalisiyasının avtomobil karvanına hücum edilib

Kabilin mərkəzində NATO koalisiyasının avtomobil karvanına hücum edilib
10:32 3 May 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 may. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabilin mərkəzində baş verən partlayışda 8 nəfər həlak olub, 25 nəfər yaralanıb.
"Report" "Tolonews"a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan DİN məlumat yayıb.
Qeyd olunur ki, ölən və yaralananların hamısı mülki şəxslərdir.
Partlayışı terrorçu-kamikadze həyata keçirib. Hücumun hədəfi NATO koalisiyasının avtomobil karvanı olub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kabilin-merkezinde-nato-koalisiyasinin-avtomobil-karvanina-hucum-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR