Azərbaycanda oxuyan kosmetoloqun qurbanı olan türk qız danışdı - VİDEO

Azərbaycanda oxuyan kosmetoloqun qurbanı olan türk qız danışdı - VİDEO
10:52 3 May 2017
162 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda oxuyan kosmetoloq həkimin qurbanı olan tibb bacısı Merve Kalaş danışıb. 

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, 22 yaşlı Merve Keleş saç ustası Soner G.-yə müraciət edərək dodaqlarından narazı olduğunu bildirib. Gənc qız ilk olaraq 500 lirə verərək təbii dolğu etdirib, ancaq dolğu bir həftəyə əridiyi üçün daha sonra 1000 lirə verərək silikon qoydurub. Lakin onun dodaqlarına inyeksiya edilən və tərkibi bəlli olmayan maddə gənc qızın dodaqlarının şişməsinə səbəb olub. 

Saç ustası özünü həkim kimi təqdim etdi, qızın dodaqlarını bu hala saldı - FOTO

Silikon yerləşdiriləndən sonra qızın dodaqları çox pis vəziyyətə düşüb. Yenidən həkimə müraciət edən qadın dözülməz ağrıları olduğunu söyləyib. Həkim isə ona cavabında bu hadisənin onunla əlaqədar olmadığını bildirib. 

Merve Kaleş çalışdığı xəstəxanaya müraciət edərək müalicə olunub. Onun dodağındakı maddənin mənşəyinin bəlli olmadığı və allergik reaksiyanın başladığı aydın olub. İstifadə edilən slikonun təmizlənməsi mümkün olmazsa, o zaman gənc qız dodaqlarını itirə bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanda oxuyan kosmetoloq həkimin qurbanı olan türk qız danışdı


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/541154.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR