Gürcüstandan gətirilən telefon və külli miqdarda siqaret müsadirə olunub

Gürcüstandan gətirilən telefon və külli miqdarda siqaret müsadirə olunub
11:01 3 May 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Gömrük nəzarətindən gizlədilən 5 ədəd mobil telefon və 2400 ədəd siqaret müsadirə olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin salonundan gömrük nəzarətindən gizlədilən 2 ədəd "Samsung Galaxy Grand Prime", 2 ədəd "Samsung Galaxy J3", 1 ədəd "Samsung Galaxy On5" markalı mobil telefonlar, arxa oturacağın arxasından isə 2400 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2749468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR