Demokratiya və İnsan Haqları Mərkəzi 2015-ci il parlament seçkiləri ilə bağlı əməkdaşlıq haqqında Bəyannamə layihəsi hazırlayıb

19:12 7 Yanvar 2015
457 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 19:05 ]

Bakı. Etibar Məmmədov – APA. Demokratiya və İnsan Haqları Mərkəzində əməkdaşlıq edən siyasi partiyaların növbəti toplantısı olub.

Mərkəzdən APA-ya verilən məlumata görə, toplantıda 2015-ci il parlament seçkiləri ilə bağlı müzakirələr aparılıb.

 

Siyasi partiyaların 2015-ci il Milli Məclisə seçkilərlə bağlı niyyət xarakterli sənədin qəbul edilməsi və bununla bağlı ölkədə fəaliyyət göstərən siyasi partiya, vətəndaş cəmiyyəti təşkilatları ilə məsləhətləşmələr aparılması məqsədəuyğun sayılıb. Məsləhətləşmələr üçün 2015-ci il parlament seçkiləri ilə bağlı əməkdaşlıq haqqında Bəyannamə layihəsinin mətni razılaşdırılıb. Bəyannamədə qeyd olunur ki, əməkdaşlığın dərəcəsi, sahə və istiqamətləri müəyyənləşdiriləndə ölkədə demokratik siyasi islahatların aparılması, seçkiqabağı şəraitin demokratikləşdirilməsi, parlament seçkilərində əməkdaşlıq və fəaliyyətin koordinasiyası, demokratik qüvvələrin 2015-ci il parlament seçkilərində vahid koalisiya şəklində iştirakına nail olmaq əsas vəzifələrdən biridir.

 

Toplantıda Klassik Xalq Cəbhəsi Partiyası, Müsavat, Azadlıq, Azərbaycan Liberal, Vətəndaş və İnkişaf, Azad Demokratlar, Aydınlar və Azərbaycan Xalq Partiyasının sədrləri iştirak ediblər.

 

Qeyd edək ki, parlament seçkiləri ilə bağlı məsələnin müzakirəsində Müsavat Partiyası iştirak etməyib.

 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368310

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR