x
Loading...

Füzulidə tank əleyhinə mina tapılıb (FOTO)

Füzulidə tank əleyhinə mina tapılıb (FOTO)
11:08 3 May 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Bakı. Trend:

Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində 1 əkin sahəsinə baxış keçirilib, 1 ədəd tank əleyhinə TM-62M minası aşkar edilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, daşınması mümkün olmadığına görə partlayış yolu ilə yerində zərərsizləşdirilib, 1 270 kv.m ərazi yoxlanılıb.

(DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatı)

Ümumilikdə, Agentlik tərəfindən 1 yanvar-03 may tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 9 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 160 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib.

5 618 ədəd partlamamış hərbi sursat, 113 ədəd tank əleyhinə mina və 12 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 2 634 825 kv.m ərazi (574 886 kv.m əl ilə, 767 200 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 1 179 739 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2749471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR