Qubada Azərbaycan-İndoneziya III biznes forumu başlayıb

Qubada  Azərbaycan-İndoneziya III biznes forumu başlayıb
11:47 3 May 2017
Ölkə mətbuatı
A- A+

Quba rayonunda Azərbaycan-İndoneziya iş adamlarının iqtisadi əməkdaşlıq III biznes forumu başlayıb. 
“Report”un Şimal bürosu xəbər verir ki, toplantıda İndoneziyanın Azərbaycandakı səfiri, səfirlik əməkdaşları və Azərbaycanın şimal bölgəsində fəaliyyət göstərən sahibkarlar iştirak edir. 
Toplantını giriş sözü ilə açan İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie təmsil etdiyi ölkə haqqında forum iştirakçılarına ətraflı məlumat verib. 
Toplantıda İndoneziyanın geniş turizm potensialından bəhs olunub. Müzakirələr zamanı səslənən əsas təkliflərdən biri iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsidir. Hazırda bu istiqamətdə müzakirələr davam edir.
Forum günün ikinci yarısına kimi davam edəcək.




Xəbərin orijinal ünvanı: https://report.az/biznes/qubada-azerbaycan-i-ndoneziya-iii-biznes-forumu-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR