Bu ərazilərdə torpağın üst münbit qatının daşınması aşkarlanıb (FOTO)

Bu ərazilərdə torpağın üst münbit qatının daşınması aşkarlanıb (FOTO)
11:50 3 May 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Qobustanda ayrı-ayrı şəxslər tərəfindən torpaqların üst münbit qatının götürülərək ağır tonnajlı avtomobillərlə Bakı və digər böyük şəhərlərə aparılması aşkar edilib. Bununla da, bir hektardan çox kənd təsərrüfatı təyinatlı torpaq sahələri yararsız hala salınıb.

Trend-in məlumatına görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən monitorinqlərin nəticəsində bildirilir.

Monitorinq komitənin müffətişləri və hüququ mühafizə orqanlarının birgə əməkdaşlığı ilə baş tutub. Komitənin torpaq müfəttişləri ilə hüquq mühafizə orqanlarının birgə keçirdiyi reydlər nəticəsində belə hallara yol verən şəxslərə protokol yazılıb, müvafiq qaydada cərimə tətbiq olunub. Avtomobillər isə ərazi polis şöbəsinə aparılıb.

Qeyd edək ki, belə qanunsuzluqların qarşısının alınması üçün İnzibati Xətalar Məcəlləsində cərimələr, Cinayət Məcəlləsində isə azadlıqdan məhrum etmə cəzası müəyyən olunub. Torpaqların münbit qatını korlayan fiziki şəxsləri 600 manatdan 1000 manatadək, vəzifəli şəxsləri 2000 manatdan 3000 manatadək, hüquqi şəxsləri isə 6000 manatdan 8000 manatadək cərimə gözləyir.

Torpaqlaırn münbit qatının daşınması hallarına respublikanın Şamaxı, Qobustan, İsmayıllı, Xızı rayonlarının ərazilərində, eləcə də cənub bölgəsində daha çox rast gəlinib. Belə halların qarşısının alınması ilə bağlı da respublikanın müxtəlif bölgələrində davamlı monitorinqlər keçirilir.

Ümumilikdə, bu istiqamətdə aparılan reydlər nəticəsində 50-dən artıq torpağın münbit qatının daşınması halları aşkar edilərək qarşısı alınıb. Belə ki, aşkar edilən qanun pozuntuları ilə bağlı inzibati protokollar tərtib edilib, torpaqların üst münbit qatının daşıyan avtomobillər aidiyyəti rayonların polis şöbələrinə tədbir görülməsi üçün təhvil verilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2749500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR