Duqinin Azərbaycan səfəri: Bakı ilə Moskvanın pərdəarxası Qarabağ SAZİŞİ

Duqinin Azərbaycan səfəri: Bakı ilə Moskvanın pərdəarxası Qarabağ SAZİŞİ
11:58 3 May 2017
89 Digər
Ölkə mətbuatı
A- A+

“Beynəlxalq Avrasiyaçılıq Hərəkatı”nın rəhbəri, Kremlin ideoloqu kimi tanınan rusiyalı politoloq Aleksandr Duqinin Bakı səfəri Ermənistanda narahatlıq yaradıb.

Publika.az
xəbər verir ki, erməni ekspert Qalust Qriqoryan son vaxtlar Rusiyadan Azərbaycana çoxsaylı nümayəndələrin getdiyini yazıb: “Vladimir Jirinoviski, Vladimir Solovyev, ardınca da Duqin. Duqinin səfəri Rusiyanın anti-Ermənistan davranışının son damlası oldu”.

Erməni ekspert qeyd edib ki, Duqinin Bakı səfəri Rusiya və Azərbaycanın Qarabağ məsələsində anlaşdığını göstərir.

“Duqinin səfəri sübut edir ki, Bakı və Moskva pərdəarxasında Qarabağla bağlı razılığa gəlib. İndiyə qədər bununla bağlı çoxsaylı nümunələr, fikirlər var idi. Lakin bu səfər heç nəyə şübhə yeri qoymadı”, - deyə Qriqoryan vurğulayıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/197380.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR