Nazirdən irad: Məktəblərdə xarici dillərin tədrisinə ayrılan saatlar artırılmaldır

Nazirdən irad: Məktəblərdə xarici dillərin tədrisinə ayrılan saatlar artırılmaldır
12:01 3 May 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

İbtidai təhsildə məntiqli düşüncə, ümumi savad və həyatı vərdişlərin öyrədilməsi əsas məsələ olmalı, ana dili və riyasziyyatın tədrisinə önəm verilməldiir.

Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.

Nazir bildirib ki, fənn kurrikulumlarının validyenlər tərəfindən mənimsənilməsi üçün maarifləndirmə işi də güclənditilməlidir:

"Bu gün bizi düşündürməli olan əsas məsələ müasir kompitensiyalar, bilik və səriştələr ümumi əsasalara qurulmalıdır ki, müəllimlər və tələbələr növbəti on illiklərdə onlardan uğurla faydalana bilsinlər. Məktəb proqramları vaxtaşırı yenilənməli, şagirdlərə elmlərin əsasları dərindən öyrəndilməli, məktəblərdə alınan biliklər həyatda tətbiq edilməlidir".

M.Cabbarov qeyd edib ki, xüsusi diqqət xarici dillərin tədrisinə də yönəlməli, onlara ayrılan saatlar artırılmaldır.

Onun sözlərinə görə, qloballaşma şəraitində gənclərin bir neçə dili bilməsi əhəmiyyətlidir:

"Bu gün iş yerlərini İKT olmadan təsəvvür etmək mümkün deyil. İKt texnologiyaları ayrı ixtisas deyil, hər bir peşənin və ixtisasın zəruri kompitensiyasıdır. Beynəlxalq araşdırmalarla müəyyən edilib ki, kütləvi İKT savadlılığının ölkəyə verdiyi xeyir sənaye sahəsinin verdiyi xeyirdən bir neçə dəfə çoxdur. Buna görə iKT bacarıqları insan inkişafı üçün aparıcı amillərdən hesab edilir".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2749510.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR