ABŞ və Rusiya prezidentləri Parisdəki baş vermiş terror aktını pisləyiblər

19:17 7 Yanvar 2015
106 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 19:10 ]


Bakı. Anaxanım Hidayətova - APA. ABŞ və Rusiya prezidentləri Barak Obama və Vladimir Putin Fransada baş vermiş terror aktını pisləyiblər.

 

APA-nın xəbərinə görə, Vladimir Putin  Fransa prezidenti Fransua Ollanda başsağlığı verib və terrorizmə qarşı mübarizədə aktiv əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.

 

ABş prezidenti Barak Obama da bu gün Parisdə baş vermiş hadisələri pisləyib, Fransanın terrorizmlə mübarizədə həmişə ABŞ - la birgə olduğunu bildirib. Obama  Ağ Evin Administrasiyasının terrorçuları zərərsizləşdirmək üçün istənilən yardımı göstərməyə hazır olduğunu da qeyd edib. 

 

Xatırladaq ki, bu gün Parisdə  “Charlie Hebdo” satirik jurnalının redaksiyasına silahlı hücum olub, nəticədə 12 nəfər həyatını itirib, 5 nəfər yaralanıb. Bəzi əməkdaşlar binanın damında gizlənə biliblər. Basqınçılar hadisə yerindən uzaqlaşarkən polisləri də atəşə tutublar, nəticədə 1 polis əməkdaşı yaralanıb.

 

Qeyd edək ki, “Charlie Hebdo” jurnalı Məhəmməd peyğəmbərin karikaturalarını dərc etmişdi. Jurnal bu gün baş verən terror aktından qısa müddət öncə “Twitter" style="line-height: 1.6em;">Twitter” səhifəsindən “İŞİD” lideri əl-Bağdadinin karikaturasını paylaşıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368319

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR