Sürücülərin NƏZƏRİNƏ: Bakının bu yolunda hərəkət tam məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakının bu yolunda hərəkət tam məhdudlaşdırılacaq
12:12 3 May 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Mayın 8-də "10-cu zavod dairəsi"ndən Heydər Əliyev prospekti ilə aeroport istiqamətində metronun "Koroğlu" stansiyasından keçməklə Sabunçu dairəsinə qədər yolun hər iki istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
 
Milli.Az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib.
 
V. Əsədov deyib ki, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə əlaqədar həmin gün təlim-məşqlərə start veriləcək: "Bu yollarda məhdudiyyət həmin gün günorta saatlarından axşama saatlarına qədər davam edəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/541209.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR