​Tarixə düşən ilk UNO-nun görüntüsü

UNO dünyada sirli qalan mövzulardan biridir. Onların varlığı hələ də müzakirə mövzusu olaraq qalmaqdadır.

Metbuat.az xəbər verir ki, araşdırmaçı-yazar Erik Von Danikenin kitablarında tarixin UNO-lardan başladığı,insanların UNO-lar tərəfindən formalaşdırıldığı bildirilir.

Bu günə kimi UNO-ların varlığını isbat edən bir çox videolar, eləcə də UNO-lar tərəfindən qaçırıldığı iddia edilən insanlarla bağlı mətbuatda xəbərlərə yer verilib.

Tarixə düşən ilk UNO görüntüsünün 1878-ci ildə ABŞ-ın Texas şəhərində bir əkinçi tərəfindən lentə alındığı bildirlsə də, məlumat sonradan təkzib edilib. Araşdırmalar nəticəsində məlum olub ki, UNO-ların varlığını ilk dəfə görən şəxs türk olub. Belə ki, 19 oktyabr 1839-cu ildə Hacı İsmayı Haqqı adlı vətəndaş səmada UNO gördüyün deyib.

Bu məlumat bulqar akademik Evgeni Raduşev tərəfindən Sofiyadakı Osmanlı arxivindən tapılıb.

Xəyalə Məmmədova /METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR