Yığmamızın oyunçuları meydana çıxmadı, "Fənərbağça" çempion oldu

Yığmamızın oyunçuları meydana çıxmadı, "Fənərbağça" çempion oldu
12:22 3 May 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasına yekun vurulub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarışın qalibi "Fənərbağça" olub.

"Sarı-lacivərdlilər" final seriyasında "Qalatasaray"ı hər 3 matçda 3:0 hesabı ilə məğlub edib. Bürünc medal uğrunda qarşılaşmada isə "Vakıfbank" "Əczaçıbaşı"dan üstün olub - 2:0.
 
Sultanlar Liqasında 5-ci yer isə "Bursa BŞB"yə qismət olub. Onlar ikinci matçda da Azərbaycan millisinin hücumçusu Yana Kulanın heyətində yer aldığı "Çanakkale Bld"u məğlub ediblər - 3:0, 3:1. İlk oyunda zədələnən voleybolçumuzun adı protokola da salınmayıb.
 
Onun kimi millimizin blokçusu Kseniya Poznyak da son qarşılaşmada meydana çıxmayıb. Onun şərəfini qoruduğu "Beşiktaş" isə ikinci görüşdə "Halkbank"a 3:2 hesabı ilə qalib gələrək, 7-ci yeri tutub.
 
Onlar ilk matçda da 3:0 hesablı qələbəyə sevinmişdilər. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541183.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR