The Аmerican Interest: ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı uzunmüddətli təşəbbüs hazırlamalıdır

The Аmerican Interest: ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı uzunmüddətli təşəbbüs hazırlamalıdır
12:43 3 May 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elmira Tariverdiyeva - Trend:

Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz kimi Rusiya, Türkiyə və İran arasında yerləşmiş narahat regionda təsir və etimad rıçaqlarını bərpa etməlidir.

Trend-in məlumatına görə, bunu Con Hopkins Universitetinin Mərkəzi Asiya və Cənubi Qafqaz İnstitutu və “İpək yolu” Tədqiqat Proqramının direktoru Svante Kornellin “The American Interest” jurnalında dərc olunan məqaləsində yazıb.

Müəllif qeyd edir ki, aralarındakı kəskin fikir ayrılıqlarına baxmayaraq, üç Cənubi Qafqaz ölkəsi ABŞ-la sıx əlaqələrin yaradılmasına çalışır:

"Bu amil Vaşinqtonun diqqətini regiona cəlb etməli və bununla bağlı ardıcıl siyasət həyata keçirməyə vadar etməlidir. Amma son onillik ərzində bunun əksi baş verib: hələ on il əvvəl ABŞ Cənubi Qafqaz ölkələrinə böyük təsir qüvvəsinə malik idisə, indi Vaşinqton bu regionla bağlı heç bir siyasətə malik deyil”.

Məqalədə vurğulanır ki, ABŞ-ın yeni administrasiyası bu regionla bağlı, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüsü öz üzərinə götürmək üçün uzunmüddətli plan hazırlamalıdır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2749494.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR