Mali Prezidenti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək

Mali Prezidenti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək
12:50 3 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mali Prezidenti 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, 2017-ci ilin 4-6 may tarixində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və İSESKO-nun tərəfdaşlığı ilə Bakıda keçiriləcək “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Mali Prezidenti İbrahim Bubakar Keyta iştirak edəcək.

Xatırladaq ki, qeyd olunan ali qonaqla yanaşı, Bolqarıstanın vitse-prezidenti İlyana Yotova, YUNESKO-nun Baş direktoru İrina Bokova, İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Useymin, QDİƏT-in Baş katibi Maykl Kristides, bir sıra ölkələrin mədəniyyət nazirləri iştirak edəcəklər.

Azərbaycan tərəfinin təklifi ilə Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü keçiriləcəkdir. Forum çərçivəsində keçiriləcək sessiyalarda insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcək.

Forum artıq 4-cü dəfədir ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunur.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2749547.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR