x
Loading...
.

Xərçəngdən əziyyət çəkən türk müğənni: "Azərbaycana gəlməyi çox istəyirəm" - VİDEO - FOTO

Xərçəngdən əziyyət çəkən türk müğənni: "Azərbaycana gəlməyi çox istəyirəm" - VİDEO - FOTO
12:57 3 May 2017
Ölkə mətbuatı
A- A+
.

"Təyyarədən düşüb, biz konsert verməyə gəldik deyə bilmərik".

Milli.Az bildirir ki, ARB TV-nin "Türk şou-maqazin" verilişinin qonağı olan tanınmış müğənni Harun Kolçak maraqlı açıqlamalar verib.

O, ilk olaraq yeni planlarından danışıb:

"Son albomu sentyabrda çıxartdım. Bundan sonra çıxacaq albom üzərində işləməyə başlamışıq. O da hər halda payız-qış aylarına təsadüf edəcək. Tan Taşçı ilə oxuduğumuz "Getmə sevirəm" adlı mahnımıza klip çəkdik. Həmin albomdan daha bir mahnıya klip çəkməyi düşünürəm. Yeni duetimiz də Gülçinlə "Ağlat məni" adında olacaq".

Daha sonra müğənni uzun sürən xərçəng xəstəliyindən bəhs edib:

"Səhhətim indi çox yaxşıdır. 7 ay çox ağır günlər yaşadım. Amma hər şey keçdi. Bir çox insanın ümidi oldum. Həyatımda çox şey dəyişdi. Ən əsas isə mən dəyişdim. Neqativ insanları həyatımdan uzaqlaşdırdım. Daha sakit bir həyat sürməyə başladım. Bağçalı bir evdə heyvanlarımla yaşayıram". 

Sonda isə sənətçi Azərbaycanda konsert vermək diləyini də dilə gətirib:

"Çox təşəkkür edirəm. 25 illik səhnə həyatımda ilk dəfədir ki, Azərbaycan telekanalına müsahibə verirəm. Bu çox gözəl oldu. İnstagram-da sizin ölkədən olan fanatlarım dəvətlər edir. Azərbaycana çağırırlar. Amma dəvət olmasa, gəlmək olmur. Təyyarədən düşüb, biz konsert verməyə gəldik deyə bilmərik. Azərbaycana gəlməyi çox istəyirəm".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Türk müğənni:


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/541200.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR