Azərbaycan yığmasının legioneri Xorvatiya klubundan ayrıla bilər

Azərbaycan yığmasının legioneri Xorvatiya klubundan ayrıla bilər
13:27 3 May 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 3 may. REPORT.AZ/ "Komandamız iki gündür toplaşıb. Mən isə dünən axşam saatlarında kollektivə qoşulmuşam. Hazırda fiziki hazırlıq üzərində çalışırıq. Uşaqların vəziyyəti hərtərəfli yaxşıdır. Mayın 8-də Kamerunla oyunumuz var. Fikrimiz bu matça yönəlib".
"Report"un məlumatına görə, bunu Xorvatiyanın II Liqasında "Duqopolye" klubunda çıxış edən Elnur Cəfərov 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlığı barədə danışarkən deyib.
20 yaşlı hücumçu bildirib ki, özünü İslamiadaya təkcə fiziki deyil, hərtərəfli hazır sayır: "Hər şey baş məşqçidən asılıdır. Yaşar Vahabzadə şans versə, özümü göstərəcəyəm. Artıq çəkim də yoxdur. Bəlkə sizə elə gəlir".
Xorvatiya klubundan ayrılacağını istisna etməyən Cəfərov yekun qərarını İslamiadadan sonra verəcəyini bildirib. O, Azərbaycan klublarından birinə keçmə variantının mümkünlüyünü də dilə gətirib: "Ola bilsin, Azərbaycana qayıtdım. Amma hər şey ola bilər. Dəqiq bilinmir. Xaricdən bir-iki təklifim var. İslamiadadan sonra oturub dəyərləndirəcəyəm".
Gənc futbolçu "Duqopolye"də çıxış etməyə başladıqdan sonra özü ilə bağlı məlumat qıtlığının səbəbi barədə sualı da cavablandırıb: "Düzdür, ikinci liqadır. Amma Afrika deyil. "Xəzər Lənkəran" və Portuqaliya "Tondela"sını tərk etdikdən sonra oyun praktikam yox idi. Xorvatiya klubuna keçdim ki, oyun praktikamı artırım, sonra da hara qismət olsa, ora gedim. Düzdür, göz qabağında deyildim, kənara çəkilmişdim. Amma yaxın vaxtlarda göz qabağında olaram. Mətbuatdan qaçmağımın heç bir səbəbi yoxdur. Zəng gəlsəydi, cavab verərdim. Mətbuatdan qaçmıram. Qətiyyən!"

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-yigmasinin-legioneri-xorvatiya-klubundan-ayrila-bilerem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR