x
Loading...
.

Çin "S919"-un sınaq uçuşuna hazırlaşır

Çin "S919"-un sınaq uçuşuna hazırlaşır
13:33 3 May 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+
.

Çin Qərb istehsalçılarından hava nəqliyyatı asılılığını azaltmaq üçün 2008-ci ildən reaktiv təyyarənin hazırlanmasına başlayıb.

Publika.az xəbər verir ki, "S919" reaktiv sərnişin avialaynerinin sınaq uçuşu may ayının 9-da Şanxay beynəlxalq aeroportunda gerçəkləşəcək.

Çinin Ticarət Aviasiya Korporasiyasından (COMAC) verilən məlumatda, ilk sınaq uçuşunun gününün dəyişəcəyi deyilib:

"Birinci uçuşun tarixinin dəyişməsi gözlənilir. Bu birbaşa illik hava şəraiti ilə əlaqəlidir".

Şirkətin baş direktoru Xe Dunfenin daha əvvəl TACC agentliyinə verdiyi məlumatda bildirilir ki, təyyarə daha əvvəl 118 müxtəlif sınaq uçuşu keçirib.

Avialayner 150-dən 174-ə qədər müxtəlif enmə modifikasiyalarını yerinə yetirə bilir. Uçuşun orta uzaqlığının 4 min km-dən çox olacağı gözlənilir. Ekspertlər "S919" reaktiv təyyarəsinin "Boeing 737" və "Airbus 320" ilə eyni pillədə olduğunu bildiriblər.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197395.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR