Azərbaycanda elektrik enerjisi istehsalı artıb

Azərbaycanda elektrik enerjisi istehsalı artıb
14:02 3 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 may. REPORT.AZ/ Bu ilin aprel ayında Azərbaycanın enerji sistemində 1,8 mlrd. kVt./saata yaxın elektrik enerjisi istehsal olunub.
“Report” “Azərenerji” ASC-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 7% çoxdur.
Məlumata görə, ötən ay ölkə üzrə istehsalın təxminən 98%-i və yaxud 1,769 mlrd. kVt./saatı “Azərenerji”nin payına düşüb.
Bununla yanaşı, ay ərzində Azərbaycanın enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davam etdirilib.
“Azərenerji”nin bu ilin ilk 4 ayı ərzində istehsal etdiyi elektrik enerjisinin həcmi isə 7,897 mlrd. kVt./saat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 4,3% çoxdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycanda-elektrik-enerjisi-istehsali-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR