ABB-nin yenilənmiş Qaradağ filialı istifadəyə verilib

ABB-nin yenilənmiş Qaradağ filialı istifadəyə verilib
14:32 3 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 may. REPORT.AZ/ "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) Qaradağ filialının yeni konseptdə qurulmuş ofisi müştərilərin istifadəsinə verilib. 
Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, yenilənmiş filial bundan sonra Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 29 ünvanındakı “Sahil” İş Mərkəzində fəaliyyət göstərəcək. Ən müasir bankçılıq texnologiyaları ilə təmin olunmuş filialda müştərilərə yüksək xidmət üçün hər cür şərait yaradılıb.
Xidmət ofislərinin yeni konseptə uyğunlaşdırılması Bankda reallaşdırılan filialların transformasiyası layihəsi çərçivəsində həyata keçirilir.
Bundan əvvəl ABB-nin Müştəri Xidməti Departamentinin Pərakəndə xidmət ofisi də yeni konseptdə qurulub. Bu proses mərhələ-mərhələ başqa filial və şöbələrdə də davam etdiriləcək. Layihə üzrə filiallarda müştərilərə xidmət prosesinin sadələşdirilməsi, məlumat mübadiləsinin daha sürətli və effektiv aparılması, növbədə gözləmə müddətlərinin qısaldılması yolu ilə müştəri məmnuniyyətinin yüksəldilməsi nəzərdə tutulub.
Xatırladaq ki, 36 filiala və 40 şöbəyə malik olan ABB-nin məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.





Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/abb-nin-yenilenmis-qaradag-filiali-istifadeye-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR