ABŞ prezidentinin qızı kitab yazdı - Qadınlarla bağlı - FOTOLAR

ABŞ prezidentinin qızı kitab yazdı - Qadınlarla bağlı - FOTOLAR
15:03 3 May 2017
83 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Prezidenti Donald Trampın qızı və eyni zamanda müşaviri olan İvanka Tramp kitab yazıb.

İşləyən qadınlara atasından öyrəndikləri əsasında tövsiyələr verən İvanka Tramp bütün bunları kitab şəklində dərc etdirib.

Publika.az xəbər verir ki, sözü gedən kitab may ayının 2-dən etibarən ölkə daxilindəki bütün kitab evlərinə paylanılıb. Kitab "Penguin Random House" tərəfindən dərc olunan kitab "Women Who Work: Rewriting the Rules for Success"(İşləyən qadınlar uğurun qaydalarını yenidən yazır) adlanır.

Kitabında atası Donald Trampdan öyrəndiklərini bölüşən İvanka iş həyatında ailənin əhəmiyyətini xüsusilə vurğulayıb.

Kitabda uğurlu iş qadınını təsvir edən İvanka daha əvvəl, 2009-cu ildə "Tramp kartı" adlı kitab da yazıb.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR