Afinada ibtidai məktəbin yaxınlığında atışma olub: bir nəfər ölüb, bir nəfər yaralanıb

Afinada ibtidai məktəbin yaxınlığında atışma olub: bir nəfər ölüb, bir nəfər yaralanıb
15:17 3 May 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 may. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afinada ibtidai məktəbin yaxınlğında baş verən atışma nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bu haqda yerli polis bildirib.
Belə ki, iki naməlum şəxs Afinanın şimal-şərqində ibtidai məktəbin çıxşında atəş açıb. Hadisə valideynlər uşaqlarını məktəbə aparakən, səhər saatlarında baş verib.
Hadisəyə görə məktəb bağlanıb.
İlkin araşdırmaya əsasən, atışmaya səbəb iki cinayətkar qrup arasında baş verən münaqişə ola bilər.
Atışma nəticəsində yaralanan qadın xəstəxanaya yerləşdirilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/afinada-ibtidai-meketbin-yaxinliginda-atisma-olub-bir-nefer-olub-bir-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR