Terror hücumu zamanı həlak olmuş “Charlie Hebdo” jurnalının baş redaktoru “Əl-Qaidə”nin “qara siyahısı”nda olub

19:22 7 Yanvar 2015
87 Dünya
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 19:17 ]

Bakı – APA. Fransanın “Charlie Hebdo” jurnalının redaksiyasına terror hücumu nəticəsində ölən baş redaktor və karikaturist Stefan Şarbonye “Əl-Qaidə”nin “qara siyahısı”nda olub.

APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, terrorçular S. Şarbonyeni Məhəmməd peyğəmbərin karikaturalarını dərc etdiyinə görə hədəfə alıblar.

 

“Le Parisien” nəşrinin yazdığına görə, redaksiyaya hücum səhər iclası zamanı baş verib. İclasda “Charlie Hebdo” jurnalının bütün əməkdaşları iştirak edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR