Monakoda fransız-italyan qarşıdurması - PROQNOZ

Monakoda fransız-italyan qarşıdurması -   PROQNOZ
16:17 3 May 2017
62 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Fanat.Az xəbər verir ki, ikinci oyun günündə "Monako" "Yuventus"u qəbul edəcək.


Qarşılaşma Monakodakı "Stade Louis II" stadionunda keçriləcək. Bakı vaxtı ilə 22.45-də başlayacaq qarşılaşmanı ispan FIFA referisi Antonio Mateu Lahoz idarə edəcək.


"Monako"da Qabriel Boşçilia və Quydo Karrillo zədəlidi. "Yuventus"da isə Sami Kedira cəza, Marko Pyaka və Daniel Ruqani zədə səbəbindən oynamayacaq.


Proqnozsevərlər üçün: "Monako" bu mövsüm Çempionlar Liqasındakı 7 ev matçının hamısında qələbə qazanıb və doğma meydandakı son 4 matçda rəqib qapılarına 3 qol vurub. Komanda cari mövsümdə evdə keçirdiyi 28 ev matçından cəmi birində məğlub olub. 


"Barselona"nı turnirdən kənarlaşdıran "Yuventus" kataloniyalılarla hər iki matçda qapısını toxunulmaz saxlayıb. Turin klubu bu mövsüm Çempionlar Liqasında cəmi 2 qol buraxıb ki, onları da qrup mərhələsində "Sevilya" və "Lion" vurub. Çempionlar Liqasının favoritlərindən olan İtaliya klubu bu turnirdəki son 5 matçda qapısını toxunulmaz saxlaya bilib. Bu mövsüm turnirdə 5 səfər matçı keçirən "Yuventus" onlardan sadəcə birində qol buraxıb.


İki komanda 2014/15 mövsümündə 1/4 finalda qarşılaşıb və həmin matçlar 2,5 alt varitantı ilə başa çatıb. İki oyunda qapılara cəmi bir qol vurulub. Amma mövsüm vəziyyət fərqlidi. "Monako" hazırda Avropanın ən məhsuldar komandalarından biridi. Knyazlıq təmsilçisi həm qol vurur, həm də qapısında qol görür. Çempionlar Liqasında 21 dəfə rəqiblərini məyus edən fransızlar 16 dəfə özləri topu qapıdan çıxardıb. Liqa 1-də isə 95 qol vuran "Monako"lular 29 dəfə məyus olub. Radalem Falkao və Kilian Mbappenin liderlik etdiyi hücum xətti hazırda Avropanın ən yaxşılarındandı. Həmçinin "Monako" bu mövsüm evdə keçirdiyi 17 liqa matçının hamısında 2,5 üst oynayıb. Çempionlar Liqasının 7 matçından da 5-i 2,5 gəlib. Bu gün baş tutacaq matçın da 2,5 üst yekunlaşması gözləniləndi. "Monako" hücumda nə qədər ideal olsa da, müdafiədə də problemləri var. Səfərdə lazımı nəticə ilə dönməyə çalışacaq "Yuventus"un da qol vurmaq ehtimalı yüksəkdi. Bu səbəbdən "qol-qol" variantına da ümid etməka olar.


Çemionlar Liqası

1/2 final

İlk oyun


3 may

22.45 Monako (Fransa) - Yuventus (İtaliya)

Proqnoz: 2,5 üst (1,85), qol-qol (1,60).

Hakimlər: Antonio Mateu Lahoz, Xavyer Rodriges, Pau Sebrian Devis, Teodoro Sobrino (İspaniya).

Əlavə köməkçi hakimlər: Karlos Qomes, Xesus Gil Manzano (İspaniya).

Monako. "Stade Louis II" stadionu.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-monakoda-fransz-italyan-qardurmas-t57852.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR