Futbol federasiyasının prezidenti həbs edildi

Futbol federasiyasının prezidenti həbs edildi
16:32 3 May 2017
58 İdman
Ölkə mətbuatı
A- A+

Çexiya Futbol Federasiyasının prezidenti Miroslav Pelta polis tərəfindən saxlanılıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Pelta Çempionlar Liqasının yarımfinalında keçiriləcək "Monako" - "Yuventus" oyununu izləmək üçün hava limanından yola düşərkən təhlükəsizlik orqanları tərəfindən tutulub.

Polis, həmçinin federasiyanın inzibati binasında da axtarış aparıb. Qurumun 3 işçisi və 1 hüquqi şəxsinə qarşı da ittiham irəli sürülüb. Pelta ilə yanaşı Çexiya İdman Şurası və idman departamentinin rəisi də həbs olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541328.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR