BƏƏ Azərbaycan iqtisadi əməkdaşlığı genişləndirmək istəyir - FOTO

BƏƏ Azərbaycan iqtisadi əməkdaşlığı genişləndirmək istəyir - FOTO
17:05 3 May 2017
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Ahmed Alqubaisinin təşəbbüsü ilə BƏƏ-Azərbaycan biznes tərəfdaşlarının ilk görüşü keçirilib.

Səfirlikdən Milli.Az-a verilən məlumata görə, səfir görüşdə Azərbaycan və BƏƏ dövlət başçılarının iki ölkə arasındakı siyasi-iqtisadi əlaqələrin inkişafına göstərdiyi səylər barədə ətraflı məlumat verib.

İştirakçılar ötən ay Dubayda keçirilmiş hökumətlərarası birgə komissiyanın 6-cı sessiyasının işinə yüksək qiymət veriblər. 

Görüşdə qarşılıqlı investisiya imkanları, idxal-ixrac məsələləri, qida təhlükəsizliyi, hava nəqliyyatı və s. mövzuları müzakirə edilib.

Səfir iştirakçılara tərəfdaşlıq serifikatları təqdim edib.

Həmçinin razılığa gəlinib ki, belə görüşlər mütəmadi şəkildə həyata keçirilsin.

Qeyd edək ki, görüşdə Azərbaycan XİN-nin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Dubay Ticarət və Sənaye Palatasının Bakı ofisinin, eləcə də biznes strukturlarının rəhbər və nümayəndələri iştirak ediblər.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/541347.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR