ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirdi

ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirdi
17:23 3 May 2017
62 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika bir həftə ərzində ikinci dəfə “Minuteman III” qitələrarası ballistik raketi sınaqdan keçirib.

Publika.az xəbər verir ki, bu haqda ABŞ Hərbi Hava Qüvvələrinin bəyanatına istinadən “Fox News” telekanalı bildirib.

Kaliforniya ştatında yerləşən Vandenberq bazasından buraxılan raket dörd min mildən (1 dəniz mili 1,852 metrə bərabərdir) çox uçub və Marşall adaları yaxınlığında Sakit okeanın sularına düşüb.

“Minuteman III” raketinin birinci sınağı aprelin 26-da keçirilib.

Daha əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin qlobal zərbələr üzrə Komandanlığının nümayəndəsi bildirib ki, sınaqların bir il ərzində həyata keçirilməsi planlaşdırılıb və onların Koreya yarımadasındakı vəziyyətlə əlaqəsi yoxdur.

Qeyd edək ki, “Minuteman III” ABŞ-da silahlanmasına qəbul edilmiş yeganə qitələrarası yerüstü yerləşdirmə ballistik raketidir. ABŞ Hərbi Hava Qüvvələrinin əsas nüvə qüvvəsini təşkil edən “Minuteman-III” 12 min kilometr radiusda hədəfləri vurmağa qadirdir. Son məlumata görə, ölkənin 450 belə raketi var. Bu raketlər ən azı 2020-ci ilə qədər silahlanmada qalacaq.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197429.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR