Azərbaycanlı Rusiyada qəza törətdi: ölənlər var

Azərbaycanlı Rusiyada qəza törətdi: ölənlər var
17:27 3 May 2017
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyada azərbaycanlının idarə etdiyi taksi qəza törədib, 2 sərnişin və sürücü ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gecə Moskva dairəvi avtomobil yolunda baş verib.
 
Rusiya vətəndaşı olan azərbaycanlı, 59 yaşlı Bəhlul Musayevin idarə etdiyi avtomobil eyni xətlə hərəkət edən yük maşınının qoşqusu ilə toqquşub. Qəza nəticəsində sürücü və sərnişinləri - 60 yaşlı Svetlana Konstantinovna və onun 38 yaşlı qızı avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə xilasedicilər çağırılıb. Hər 3 şəxs hadisə yerində ölüb. Yük avtomobilinin sürücüsü xəsarət almayıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/541359.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR