ABŞ analoqu olmayan uzunmüddətli istiqrazlar yerləşdirməyi planlaşdırır

ABŞ analoqu olmayan uzunmüddətli istiqrazlar yerləşdirməyi planlaşdırır
17:37 3 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 may. REPORT.AZ/ ABŞ Xəzinədarlığı çox uzunmüddətli istiqrazların müsbət və mənfi tərəflərini araşdırmağa başlayıb.
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, ABŞ Xəzinədarlıq Nazirliyinə istinadən bildirir ki, hazırda 30 ildən daha uzun müddətə buraxılan istiqrazların yerləşdirilməsi proqramı işlənib hazırlanır. 
Nazirlikdən verilən açıqlamaya əsasən, Xəzinədarlıq bu uzunmüddətli istiqrazların yerləşdirilməsi ilə bağlı maliyyə bazarının iştirakçıları ilə müzakirələr aparır və yaxın gələcəkdə yeni proqramındakı yenilikləri açıqlayacaq. Həmçinin, gələn həftə Xəzinədarlıq 62 mlrd. dollar həcmində istiqraz yerləşdirəcəyini bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/abs-analoqu-olmayan-uzunmuddetli-istiqrazlar-yerlesdirmeyi-planlasdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR