Elza əsəbiləşdi: "İndi 15 yaşlı qızlar..."

Elza əsəbiləşdi: "İndi 15 yaşlı qızlar..."
18:12 3 May 2017
144 Şou
Ölkə mətbuatı
A- A+

Hər oxuyan istedadlı olmur. Kimsə ata, anasının pulu ilə ali məktəbə daxil olur. Bu savad deyil. Savad odur ki, daxili kübarlıq, mədəniyyət olsun. Qızlarımız oxumurlar. Deyirlər ki, onsuz savadlı qızı heç kim almır.

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Elza Seyidcahan "10-dan sonra" verilişində deyib.

Müğənni gənc qızları tənqid edib:

"Gəlinim savadsız olsun" deyən adam ağılsızdır. Oxuyan qızı almayanlar cahildirlər. Subay qızlar valideyn evini özləri üçün işgəncə bilirlər. Düşünürlər ki, ailə quranda həyatları dəyişəcək. Demirlər ki, ailə quranda onları sınaqlar gözləyir. Onda ata evinin qədrini bilirlər".

E.Seyidcahan imicini dəyişmək üçün proqrama müraciət edən qadının ünvanına təhqirlər səsləndirib:

"Onun danışığında qüsur var. Başına ağ bant taxmaqla deyil. Uşağına danışıq öyrət, elə bil çaynik kimi dızıldayırsan. Belə şeylər görəndə məyus oluram. Bu danışıq formasını kim gətirdi, bilmirəm.

İndi 15 yaşındakı qızlar 60 yaşındakı qadından çox bilirlər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/541371.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR