Suriya üzrə üçtərəfli görüş keçiriləcək

Suriya üzrə üçtərəfli görüş keçiriləcək
18:18 3 May 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyada atəşkəs üzrə qarant ölkələrin (Rusiya, İran və Türkiyə) arasında Astanada bu axşam üçtərəfli görüş keçiriləcək.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda danışıqlara yaxın mənbə bildirib.

Onun sözlərinə görə, hazırda müzakirə olunacaq mövzular üzərində iş gedir. Mənbə qeyd edib ki, danışıqlarda Suriya müxalifətinin iştirakının dayandırması haqqında rəsmi informasiya yoxdur.

Daha əvvəl yayılan məlumata görə, suriyalı müxaliflər Astana görüşünə qatılmaqdan imtina edib. Buna səbəb kimi müxalif güclərin Hama və Der bölgələrində bombardmana məruz qalması göstərilib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR