Dövlət, cəmiyyət, siyasət və hüquq fəlsəfəsi” haqqında kitab

Dövlət, cəmiyyət, siyasət və hüquq fəlsəfəsi” haqqında kitab
18:39 3 May 2017
78 Digər
Ölkə mətbuatı
A- A+

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Elşən Nəsibovun yeni kitabı çapdan çıxıb.

 

 

Lent.az-ın xəbərinə görə, “Dövlət, cəmiyyət, siyasət və hüquq fəlsəfəsi” adlanan kitab müəllifin  siyasətə və siyasətin fəlsəfəsinə həsr olunmuş kitablar  seriyasındandır.

 

 

 Əsərdə dövlət anlayışının dərk olunması ilə bağlı sillogizm, sülh anlayışının dərk olunması ilə bağlı sillogizm haqqında fikirlər söylənilir. Ölkəni və xalqı tanıtdırmanın sasları şərh olunur. Eləcə də dövlət, fərd, ictimai xarakter, sabit cəmiyyətlər haqqında fikirlər bildirilir. Əsərdə böyük dövlətlərin xarakterinin təhlilinə yer ayrılır. İctimai, etnik və milli xarakter haqqında mülahizələr bildirilir, dövlət və onun immuniteti əsaslandırılır, diplomatiya və sülh diplomatiyası haqqında ümumiləşdirici mülahizələr irəli sürülür. Humanizm prinsipləri və xeyriyyəçilik fəaliyyətinin əsasları haqqında bir çox qənaətlər bildirilir, demokratiya fəlsəfəsi düşüncə obyektinə çevrilir.

 

 

Əsərdə dövlətin daxili siyasi sistemi, idarəçiliyi,  o cümlədən, hakimiyyət fəlsəfəsi ilə bağlı analitik düşüncələr yer alır, ədalətli idarəçilik üsulları və mahiyyəti barədə bəzi fikirlər səslənir.

 

 

Əsərin II Fəsli türkçülük haqqındadır. Türk fərdinin həyatında mövcud olan mövhumat, cəhalət, xurafat və zəif maarifçilik barədə tənqidi fikirlər yer alır. Türk fərdinin daxili qeyri-müəyyənliyi və aşkar qüsurları əsaslı şəkildə tənqid olunur. Tənqidlərdən irəli gələrək Azərbaycançılıq ideologiyasına dair bəzi mülahizələr bildirilir.

 

 

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan əsər müəllifin sayca 29-cu kitabıdır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273762

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR