Novinite: Bakı forumu bütün dünyada mədəniyyətlərarası dialoqun möhkəmlənməsi üçün vacib hadisə olacaq

Novinite: Bakı forumu bütün dünyada mədəniyyətlərarası dialoqun möhkəmlənməsi üçün vacib hadisə olacaq
18:43 3 May 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elmira Tariverdiyeva - Trend:

Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayır.

Trend-in məlumatına görə bu, nüfuzlu Bolqarıstan nəşri “novinite.com”da dərc olunan məqalədə yazılıb.

Məqalədə qeyd olunur ki, forum Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə YUNESKO, BMT Sivilizasiyalar Alyansı və digər qurumların tərəfdaşlığı ilə keçirilir.

Dövlət və hökumət başçılarını, nazirləri, beynəlxalq təşkilat rəhbərlərini, siyasi xadimləri, mədəniyyət sahəsinin mütəxəssislərini, xoşməramlı səfirləri, ekspertləri, jurnalistləri, görkəmli ziyalıları və müxtəlif fəalları bir yerə toplayan Forum bütün dünyada mədəniyyətlərarası dialoqun vacibliyi barədə məlumatlılığın artırılması yolu ilə müxtəlifliyin, ölkələr arasında dialoqun və qarşılıqlı anlaşmanın dəstəklənməsi üçün insanları, ölkələri və təşkilatları konkret addımlara təşviq edən beynəlxalq platformaya çevriləcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2749735.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR